al-marketde-al-qazan-tirajli-stimullasdirici-lotereya-basladi
15 iyl. 2025

“Al Market”də “AL, QAZAN!” tirajlı stimullaşdırıcı lotereya başladı!

 

Gündəlik alış-verişlərinizi böyük hədiyyələrə çevirmək istəyirsinizsə, sizə yaxın “Al Market” mağazasına gəlin və etdiyiniz hər 10 AZN-lik birdəfəlik sərfəli alış-verişlərdə 10 tur boyunca 302 ədəd müxtəlif hədiyyə qazanmaq şansı əldə edin.
70 günə 302 möhtəşəm hədiyyə üçün şərtlər və qaydalarla ətraflı tanış ola bilərsiniz:
Müddət: “Al Market”də “AL, QAZAN!” tirajlı stimullaşdırıcı lotereya 16 iyul 2025-ci il saat 07:00–23 sentyabr 2025-ci il saat 23:00 tarixləri ərzində Azərbaycan Respublikası ərazisində yerləşən istənilən “Al Market” satış məntəqələrində alış-veriş etməklə həyata keçiriləcəkdir.
Qoşulma şərtləri: Lotereyaya qoşulmaq üçün iştirakçılar “Al Market” şəbəkəsindən 16 iyul 2025-ci il saat 07:00–23 sentyabr 2025-ci il tarixlərində istənilən (nağd, kart, m10) ödənişlə birdəfəlik ödəniş 10 (on ) manat və ya üzəri məbləğ olmaqla alış-veriş etməlidirlər. “Al Market” tərəfindən verilən alış-veriş qəbzində xüsusi unikal kod və QR-kod (elektron kod) əks olunacaqdır. Birdəfəlik alış-verişdə toplam məbləğin hər 10 manatı üçün bir haqq qazanacaqsınız. Çekdəki alkoqollu içkilərin, tütün və tütün məmulatlarının məbləği hesablanmır.
Lotereyaya qatılmaq üçün alış-veriş qəbzinizdəki lotereya QR-kodu skan edərək və ya “Alqazan.almarket.az” saytına daxil olaraq məlumatları dolduraraq qatıla bilərsiniz
302 Möhtəşəm Hədiyyəmiz:
2 ədəd   Nissan Magnite model, yeni,buraxılış ili: 2025-ci il, avtomobil; 2 Apple iPhone 16 128 GB mobil telefonu; 8 ELECTRO SCOOTER NINEBOT EKICKSCOOTER E2 PRO; 5ədəd AIR COND Beko BRFPA 090-KIT; 5 ədəd TV SAMSUNG UE32T5300AUXCE; 10 ədəd VELOSIPED VISTA 26-ZF660-40; 30  ədəd MICROWOVEN SAMSUNG MS23F302TQS/BW; 40  ədəd ETCHEKEN BOSCH MFWS420W; 40 ədəd TOZSORAN SAMSUNG SC5241S3K BLACK; 15 TOSTER BOSCH TAT4P429; 50 Ütü TEFAL FV2868E1 ,15 ədəd Mikser Beko HMM 81504 BX, 40  ədəd Hava Feni Philips BHD308/10, 40 ədəd Elektrikli Çaydan Beko WKM 4215 W.

Qaliblər necə seçilir? Uduş fondunun oynanılması və qaliblərin seçilməsi xüsusi proqram təminatı vasitəsilə elektron püşkatma qaydasında təyin olunacaq, “Al Market” rəsmi sosial media səhifələrində keçiriləcək canlı yayımda seçiləcəkdir.
(https://www.instagram.com/almarketler/)  Həmçinin “Al Market”in “TikTok”, “Facebook” və “YouTube” hesablarında canlı yayımlanacaqdır.
Kimlər iştirak edə bilər? Lotereyada yalnız 18 yaşdan yuxarı bütün Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilər.  “Al Market” işçiləri mühafizəçiləri, təmizlik və texniki işçiləri və onların ailə üzvləri, yaxın qohumları (ata, ana, həyat yoldaşı, övlad, qardaş, bacı və onların övladları, baba, nənə, onların atası və anası, nəvə, qaynata, qaynana, qayın, baldız), habelə yaşı 18-dən aşağı olan şəxslər, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər bu tirajlı stimullaşdırıcı lotereyada iştirak edə bilməzlər.
 
Seçimləri canlı izləmək istəyənlər “Al Market”in “WhatsApp” nömrəsinə 055 204 7575 yazaraq qeydiyyatdan keçib canlı yayın günləri Azərsun Akademiyaya gələrək seçimləri canlı izləyə bilərlər.
Seçim günləri  :
1-ci tiraj– 24 iyul saat 14: 00-16: 00
2-ci tiraj 31 iyul, saat 14: 00-16:00 
3-cü tiraj– 7 avqust, saat 14: 00-16:00 
4-cü tiraj – 14 avqust saat 14: 00-16:00 
5-ci tiraj - 21 avqust saat 14: 00-16:00 
6-cı tiraj– 28 avqust saat 14: 00-16:00 
7-ci tiraj– 4 sentyabr saat 14: 00-16:00 
8-ci tiraj– 11 sentyabr saat 14: 00-16:00 
9-cu tiraj– 18 sentyabr saat 14: 00-16:00 
10-cu tiraj  – 25 sentyabr saat 14: 00-16:00

Gündəlik alış-verişlərinizi böyük hədiyyələrə çevirmək istəyirsinizsə, ekonom alış-verişin məkanı “Al Market”ə gəlin, daha çox alış-veriş edin və daha çox şans qazanın!
Əlavə məlumat üçün “Al Market” sosial media hesablarına yaza bilərsiniz.
https://www.instagram.com/almarketler/

Digər

dviyyatlarin-faydalari-nelerdir-ve-onlardan-nece-duzgun-istifade-etmek-lazimdir

Ədviyyatların faydaları nələrdir və onlardan necə düzgün istifadə etmək lazımdır?

Ədviyyatlar təkcə yeməklərimizə ləzzət qatmaqla qalmır, doğru istifadə edildiyi zaman sağlamlığımıza da müsbət təsir göstərir. Yalnız “Al Market”də tapa biləcəyiniz “Sanitta Baharat” markası da geniş ədviyyat çeşidi ilə evinizə həm ləzzət, həm də sağlamlıq gətirəcək. Odur ki gəlin ədviyyatların faydaları və onlardan düzgün istifadə ilə tanış olaq. Çörəkotu Çörəkotu güclü antioksidant xüsusiyyətləri ilə məşhurdur. O, immunitet sistemini gücləndirir və həzm prosesini dəstəkləyir. Qatıq, salat və xəmir işlərinə çörəkotu əlavə edərək onun faydalarından yararlana bilərsiniz. Mixək “Sanitta”nın mixək çeşidi diş və ağız sağlamlığı üçün olduqca faydalıdır. Üstəlik, ondan təbii ağrıkəsici olaraq da istifadə etmək də olar. Ət yeməklərinizə, hətta çay və şirniyyatlarınıza da mixək əlavə edə bilərsiniz. Qara istiot Maddələr mübadiləsini sürətləndirən və həzmi asanlaşdıran qara istiot iltihab əleyhinə xüsusiyyətlərə də malikdir. Sarıkök İltihab əleyhinə və antioksidant xüsusiyyətləri ilə seçilən sarıkök immuniteti və həzmi də dəstəkləyir, dəri sağlamlığını yaxşılaşdırır. Plov və şorba ilə yanaşı, “smoothie”lərinizə də sarıkök əlavə edərək sağlamlığınızın qeydinə qala bilərsiniz. Darçın Darçın qan şəkərini tənzimləməyə kömək edir və antioksidant xüsusiyyətlərə sahibdir. Beləcə, onu rahatlıqla qəhvəyə, şirniyyatlara, üstəlik, ət yeməklərinə də əlavə etmək olar. Bəs ədviyyatlardan necə düzgün istifadə edək? 1. Təzəlik: Ədviyyatları sərin, quru və qaranlıq bir yerdə saxlayın. Bu, onların təzəliyini və dadını qorumaqda kömək olacaq. 2. Ölçü: Ədviyyatları yeməklərinizə əlavə edərkən ölçünü qoruyun. Həddindən artıq istifadə həm sağlamlığınıza mənfi təsir edəcək, həm də yeməklərinizin ləzzətini pozacaq. 3. Zamanlama: Yemək bişirərkən ədviyyatları düzgün zamanda əlavə etmək lazımdır. Məsələn, qara istiotu yemək bişdikdən sonra əlavə etmək onun ləzzətini qoruyur.

Ətraflı
24 iyl. 2024