azerbaycanin-zengin-ve-keyfiyyetli-cay-plantasiyalari-ve-milli-adet-enenelerimiz--pasha-cay
16 dek. 2023

Azərbaycanın zəngin və keyfiyyətli çay plantasiyaları və milli adət-ənənələrimiz — “PASHA Çay”

Azərbaycan mətbəxinin əvəzolunmazlarından biri də çaydır. Ləzzətli yeməkdən sonra çay süfrəsi ətrafında doğmalarla oturmaq, şirin söhbətlər etmək hər zaman gündəlik həyatımızın bir parçası olub. Çay həm də Azərbaycan mədəniyyətinin və xalqımızın qonaqpərvərliyinin göstəricisidir ki, daima evə qonaq gələn zaman ona çay təklif olunar. 

Azərbaycanda ilk dəfə çayın elmi əsaslarla becərilməsinə, çay plantasiyalarının salınmasına 20-ci əsrin ilk yarısından başlanıb. Və bu sahənin inkişafı əsrin ikinci yarısında daha da sürətlənmiş, hətta əkinlərin su tələbatının ödənilməsi üçün su anbarları tikilib istifadəyə verilmişdir. Bunu da qeyd edək ki, Azərbaycan çayçılıq sahəsinin əsas hissəsi Lənkəran iqtisadi rayonunun payına düşür.

Azərbaycanın çay mədəniyyətinə qayıtsaq, buranın özünəxas bəzi “termin”ləri də var. Məsələn, çay rənginə görə müxtəlif adlarla adlandırılır. Pürrəngi çay qırmızı rəngdə çaya verilən addır və bir çoxlarına görə, çay məhz belə olmalıdır. Həmçinin çay içməyi sevənlərə, çay həvəskarlarına “çayxor” deyirlər. Bəs çayxorların ən sevdiyi çay hansıdır? Hansı çayı yaxşı çay hesab etmək olar?

Əzizlərinizlə, doğmalarınızla əsl çay süfrəsi ətrafında toplaşmaq istəsəniz, seçiminizi mütləq “PASHA Çay”dan etməlisiniz. Çünki Azərbaycanın zəngin çay plantasiyalarından süfrələrinizə gələn “PASHA Çay”ın “Earl Grey” və “Golden Tea” çeşidləri əsl Azərbaycan çayının ləzzətini sizə hiss etdirəcək. “PASHA Çay”ın bütün çeşidlərini “Al Market”dən əldə edə bilərsiniz.