gigiyena-ve-bakteriyalarla-mubarize--bono
16 dek. 2023

Gigiyena və bakteriyalarla mübarizə — “Bono”

Günümüzdə insan sağlamlığını qorumaq üçün bir çox qaydalar müəyyən edilib ki, bu qaydalardan ən vacibi də gigiyena qaydalarıdır. Bu qaydalara əməl etmək bizim üçün gündəlik vərdişə çevrilməlidir. Əks halda bu həm bizim, həm də ətrafımızdakı insanlar üçün olduqca riskli ola bilər. Qeyd etdiyimiz kimi, sağlamlığımızı qorumaq üçün bəzi qaydalar tərtib edilib ki, bunlara aşağıdakılar da daxildir:

– Tozu nəm salfet ilə silmək;

– Xəstələrlə təmasda olarkən qoruyucu vasitələrdən istifadə etmək;

– Dərini qıcıqlandıran vasitələrdən istifadə etməmək;

– Əl və dırnaqları təmiz saxlamaq;

– Sahibsiz ev heyvanları ilə oynamamaq və təmasda olduqdan sonra dərhal əlləri yaxşıca yumaq.

Yuxarıda sadalanan qaydalar çox olsa da, bunlara əməl etmək olduqca vacibdir. Bu qaydalara əməl etməkdə isə “Bono” gigiyenik məhsulları bizə kömək olacaq. Belə ki, “Bono” salfetləri yumşaq səthi və güclü təsiri ilə bakteriyalara qarşı effektiv rol oynayır. Bütün “Bono” çeşidlərini sərfəli qiymətə “Al Market”lərdə tapa bilərsiniz.