16 dek. 2023

Keyfiyyətli yağ — “Sərfəli” yağları

Yemək bişirərkən hər reseptdə qarşılaşdığımız əsas inqrediyentlərdən biri də yağdır. O, yeməyə xüsusi ləzzət qatır, üstəlik, sağlamlığımıza da öz faydalarını göstərir. Başqa sözlə desək, yağ mətbəxdə bizim əsas köməkçimiz olur.

E vitamini ilə zəngin olan günəbaxan yağı qızartma yeməklər də daxil olmaqla, hər cür yeməyi bişirməkdə birinci seçimdir. Onunla yanaşı, qarğıdalı yağı isə ürək sağlamlığı üçün önə çıxan yağ çeşididir. Üstəlik, xolesterol səviyyəsini azaltmağa yardımçı ola biləcək bu yağ doymuş və doymamış yağlar baxımından da xeyli zəngindir.

Növbəti dəfə qarğıdalı və ya günəbaxan yağını seçərkən həm damaq dadınız, həm də sağlamlığınız sizə minnətdar olacaq. Lakin yağı düzgün seçmək də önəmli faktorlardan biridir. “Al Market”dən əldə edə biləcəyiniz “Sərfəli” yağlarının həm günəbaxan, həm də qarğıdalı çeşidləri yuxarıda qeyd edilən bütün xüsusiyyətlərə malik keyfiyyətli yağdır.