qehvenin-heyatimizdaki-rolu-ve-faydalari--coffee-mirage
16 dek. 2023

Qəhvənin həyatımızdakı rolu və faydaları — “Coffee Mirage”

Qəhvə günə başlayarkən, dostlarla söhbət edərkən, ya da ağır iş rejimimizdə daim yanımızdadır. Bir çoxları üçün qəhvə artıq həyat tərzinə çevrilib. Yəni qəhvə sadəcə bir içki yox, həmçinin enerji qaynağı və sosiallaşmaq üçün bir vasitə hesab olunur.

Qəhvə həyatımızda hansı yerə malikdir?

• Günə enerji dolu başlanğıc

Əksər insanlar günə qəhvə ilə başlayır ki, bu onlara dərhal enerji verir və onların ayılmasına kömək olur.

•  Məhsuldarlıq artırmaq üçün ideal vasitə

Qeyd etdiyimiz kimi, qəhvə enerji artırmağı ilə xeyli məşhurdur. İşdə və ya dərsdə çox yorulduğumuz zaman bir fincan qəhvə bizi özümüzə gətirir.

• Ləzzətli və təravətli içki

Qəhvə dünyası bir çox dadlar və çeşidlərlə zəngindir. “Coffee Mirage” kimi xüsusi qəhvələr də bizi bu ləzzətli səyahətə aparır və əsl qəhvə həzzini bizə yaşadır.

Bəs qəhvə sağlamlığımız üçün zərərlidir?

Braziliyalı tədqiqatçılara görə, qəhvənin ağrıları yatıran və insanı sakitləşdirən təsiri var. Bununla yanaşı, gündə bir fincan qəhvə içmək ürək çatışmazlığı riskini də azaldır. 

Araşdırmalar bunu da göstərir ki, qəhvə içməyən insanlarla müqayisədə qəhvə içənlərin qaraciyər fermentləri daha nominal diapazondadır.

Amma bunu da unutmayın ki, hər şeyin normadan artıq istifadəsi səhhətimizdə arzu etmədiyimiz nəticələrə səbəb ola bilər.